Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsində baş məsləhətçi (dəftərxana müdiri) Baş idarədə dəftərxana işinin görülməsinə cəlb edilmiş işçilərin fəaliyyətini təşkil edir və ona nəzarəti həyata keçirir, Baş idarəyə daxil olan dövlət orqanlarının müraciətlərinin, təklif, ərizə, şikayət və digər sənədlərin qeydiyyatını, Baş idarənin rəhbərliyinə və digər vəzifəli şəxslərinə verilməsini və rəhbərliyin dərkənarına uyğun olaraq onların aidiyyəti üzrə çatdırılmasını təşkil edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Dəftərxana müdiri həmçinin sənədlərin icrası üzrə kargüzarlıq işinin “Elektron sənəd dövriyyəsi” informasiya sistemi vasitəsi ilə təşkilini və sənədlərin qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə icra olunmasını nəzarətdə saxlayır, icra olunmuş sənədlərin aidiyyəti üzrə, göndərilməsini təmin edir.