Maddi sübut kimi cinayət təqibi üzrə icraatın materiallarına əlavə edilmiş əşya üzərində hüquqa dair mübahisə mülki mühakimə icraatı qaydasında baxılmalı olduqda, bu əşya mülki iş üzrə qərar qüvvəyə minənədək saxlanılır.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Maddi sübutların və digər əşyaların saxlanılması zamanı, habelə onların ekspertizadan keçirilməsi, cinayət işinin digər ibtidai araşdırma orqanına, prokurora və ya məhkəməyə göndərilməsi ilə əlaqədar bu əşyaların itirilməsi, zədələnməsi, xarab olması, bir-birinə toxunması və ya qarışmasının qarşısının alınması üçün müvafiq tədbirlər görülməlidir.