Maliyyə Nazirliyinin Kollegiyası “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nı təsdiqləyib.

Heftelik.az-ın məlumatına görə, bu Qayda “Büdcə sistemi haqqında” qanuna uyğun olaraq hazırlanıb və dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların  uçotunun aparılması qaydasını müəyyən edir.

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi dövlət xəzinədarlığının fəaliyyətini təmin edən icra hakimiyyəti orqanı və bu Qayda ilə müəyyən edilmiş hallarda operator funksiyasını həyata keçirən orqan (“Operator”), maliyyə əməliyyatı Operator tərəfindən həyata keçirilən bütün növ xəzinə əməliyyatlarıdır.