Təşkilatın şəxsi hesab vərəqəsi vasitəsilə nələri həyata keçirdiyi açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nda əksini tapıb.
Təşkilat şəxsi hesab vərəqəsi vasitəsilə aşağıdakıları həyata keçirir:
– mərkəzləşdirilmiş xərclər üzrə baş kredit sərəncamçısı və onun tabeli təşkilatları səviyyəsində illik smetaların və onun dürüstləşmələrinin “Xəzinədarlığın İnformasiya İdarəetmə Sistemi”nə (XİİS) daxil edilməsi;
– yerli xərclər üzrə təsdiq olunan illik smetaların və onun dürüstləşmələrinin yerli maliyyə orqanları tərəfindən XİİS-ə daxil edilməsi;
– bu Qaydayla müəyyən edilmiş formaların və həmin formaların tərtib edilməsinə əsas yaradan təsdiqedici sənədlərinin (elektron qaimə-faktura (qaimə-faktura), malların alış aktı, elektron alış aktı, “Görülmüş işlərin qəbul aktı” (forma №2) və “Yerinə yetirilmiş işlər və xərclər haqqında arayış” (forma №3), təhvil-qəbul aktı, gömrük bəyannaməsi, çek, avans hesabatı, bank zəmanətləri, ödəniş tapşırıqları və s.) XİİS-ə daxil edilməsi;
– maliyyə əməliyyatlarının izlənməsi və məlumatların (əldə edilməsi qanunla məhdudlaşdırılan informasiya istisna olmaqla) əldə edilməsi.