Suaxıdıcı dik borular, həmçinin bütün kənarlaşdırıcı boru kəmərləri, o cümlədən birinci mərtəbə döşəməsindən aşağıda döşənən borular, tutulmalar və dolmalarda yaranan hidrostatik təzyiqə hesablanmalı və uzununa və eninə yerdəyişmələrin olmaması üçün sərt bərkidilməlidirlər.

Heftelik.az-ın məlumatına görə, bu,  “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.

Daxili suaxıdıcılar üçün polimer materiallardan və ya çuqun borulardan istifadə edilməlidir. Daxili və xarici səthlərində korroziya əleyhinə örtük olan polad borulardan istifadəyə yol verilir.  Üfüqi asma xətlərdə vibrasiya yükləri olduqda polad borulardan istifadə edilməlidir.