Otuz ildən artıqdır ki, SSRİ dağılıb, Azərbaycan müstəqil dövlət olub, lakin hələ də Bakının bəzi küçələri Sovet ənənəsini daşıyır.
Həftəlik az xəbər verir ki, belə küçələrdən biri də Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən Oktyabr küçəsidir.
Sovet tarixinə görə, məhz Yulian təqvimi ilə 1917-ci ilin 25 oktyabrında Rusiyada Böyük Oktyabr Sosialist İnqilabı baş vermişdi.
SSRİ 1991-ci ildə dağılıb. Bəs niyə görə, Bakı Şəhər İcra Hakimiyyəti Sovetlərin ənənəsini yaşadır? Əgər belə ad qıtlığıdırsa və məsələ təqvim ayındadırsa, Zəfərimizin şərəfinə küçənin adını “Noyabr” qoymaq olmazmı?
Olar, lakin görünür, Sovet adlarının hələ də Azərbaycanda yaşadılması kimlərinsə maraqlarına xidmət edir.