“Dövlət sirri haqqında” qanuna əsasən dövlət sirri təşkil edən məlumatlar üzrə mühafizənin təmin edilməsi məqsədilə hərbi qurumlar və hüquq mühafizə orqanları “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nda nəzərdə tutulan əməliyyatları kağız daşıyıcılardan istifadə etməklə həyata keçirir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nda əksini tapıb.
“Xəzinədarlığın İnformasiya İdarəetmə Sistemi” (XİİS) vasitəsilə səxsi hesab vərəqəsindən əldə edilmiş məlumatlar müvafiq orqanlara rəsmi maliyyə sənədi kimi təqdim edilə bilər.