Əgər görülmüş tədbirlərin nəticəsində xarici divar konstruksiyaların istilikötürmə müqavimətinin AzDTN 2.12-4 üzrə tələb olunan qiymətindən kiçik qiymətlərində bu Normaların 9.4-cü bəndindəki şərtlərə riayət edilməsi təmin edilirsə, onda AzDTN 2.12-4-ün tələbləri ilə müqayisədə divarın istilikötürmə müqavimətinin göstəricilərinin azaldılmasına yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi yaşayış evləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Fərdi yaşayış evlərinin mühəndis təminatı işlənərkən bərpa olunan enerji mənbələrindən istifadə olunması üçün avadanlıqlarının qurulmasına yol verilir.