Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin hüquqları sırasına dliyyə sahəsində xidmətlərlə bağlı qanunvericilik aktlarının layihələrinə rəy verilməsində iştirak etmək, qeydiyyat, notariat, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri üzrə hüquqi aktların layihələrini hazırlamaq daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Baş idarənin tərkibinə daxil olan struktur qurumlarında, qeydiyyat şöbələrində, notariat ofislərində Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti və Dövlət notariat arxivində işin təşkili vəziyyətinə nəzarəti həyata keçirmək, korrupsiya ilə əlaqədar hüquqpozmaların qarşısının alınması üçün tədbirlər görmək də bu hüquqlar sırasındadır.