Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin strukturu və ştat vahidlərinin sayı Azərbaycan Respublikasının ədliyyə naziri tərəfindən təsdiq olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Baş idarədə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının, qeyri-kommersiya hüquqi şəxslərinin qeydiyyatı, sahibkarlıq sahəsində aparılan yoxlamaların reyestri, informasiya təminatı və xidmətlərin təşkili, nəzarət-analitik iş üzrə struktur qurumları fəaliyyət göstərir. Baş idarədə dəftərxana, mühasibatlıq, texniki təchizat işlərinin aparılması ilə bağlı və digər vəzifələri yerinə yetirən işçilər də fəaliyyət göstərir.