Geri qaytarılması tələb olunan məbləğin xəzinə uçotunda nəzərə alınması ilə əlaqədar maliyyə əməliyyatlarının aparılması həmin məbləğin daxil olduğu xəzinə hesabının gəlirlərinin azaldılması hesabına həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nda əksini tapıb.
Düzgün tutulmamış və ya artıq ödənilmiş vəsaitlər istisna olmaqla vəsait müvafiq xəzinə hesabına köçürülməli olduğu halda digər mövcud olan xəzinə hesabına köçürüldükdə vəsaiti köçürənin müraciəti əsasında maliyyə əməliyyatları aparıla bilər.