Büdcə səviyyəsinə dair bəzi məqamlar açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nda əksini tapıb.
Dövlət xəzinədarlığına daxil olan vəsaitlərin, habelə qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin vəsaitlərdən istifadə zamanı maliyyə əməliyyatlarının xəzinə uçotuna alınmasının maliyyə mənbələri üzrə qruplaşdırılması məqsədilə aşağıdakı büdcə səviyyələri və onların kodları müəyyən edilir:
– Azərbaycan Respublikasının dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlir və xərcləri (Azərbaycan Respublikasının dövlət büdcəsi üzrə büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar və xərclər istisna olmaqla) – 1;
– Azərbaycan Respublikasının dövlət büdcəsinin yerli gəlir və xərcləri (Azərbaycan Respublikasının dövlət büdcəsi üzrə büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar və xərclər istisna olmaqla) – 1Y;
– Naxçıvan Muxtar Respublikasının büdcəsinin mərkəzləşdirilmiş gəlir və xərcləri (Naxçıvan Muxtar Respublikasının büdcəsi üzrə büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar və xərclər istisna olmaqla) – 2;
– Naxçıvan Muxtar Respublikasının büdcəsinin yerli gəlir və xərcləri (Naxçıvan Muxtar Respublikasının büdcəsi üzrə büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar və xərclər istisna olmaqla) – 2Y;
– Azərbaycan Respublikasının dövlət büdcəsi üzrə büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar və xərclər (mərkəzləşdirilmiş) – 3;
– Azərbaycan Respublikasının dövlət büdcəsi üzrə büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar və xərclər (yerli) – 3 Y;
– Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən sığorta fondunun gəlir və xərcləri – 4;
– Dövlət Neft Fondunun gəlir və xərcləri – 5;
– Naxçıvan Muxtar Respublikasının büdcəsi üzrə büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar və xərclər – 6;
– Təşkilatların depozit və büdcədənkənar əməliyyatlarının daxilolmaları və xərcləri üzrə hesablar – 7;
– ƏDV depozit hesabının gəlir və xərcləri – 8;
– Dövlət borcu və öhdəlikləri üzrə Təminat Fondunun gəlir və xərcləri – 9;
– Dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi üzrə daxilolmalar – 10.