Evlərin layihələndirilməsində və tikintisində insanların sağlamlığının və ətraf təbiət mühitinin mühafizəsində sanitariya-epidemioloji tələblərin yerinə yetirilməsini təmin edən tədbirlər nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi yaşayış evləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Bərk kommunal tullantıların və ictimai təyinatlı sahələrin istismarından tullantıların yığılması və kənarlaşdırılması “Sanitariya-epidemioloji salamatlıq haqqında“ Azərbaycan Respublikasının Qanunu rəhbər tutularaq sanitariya-gigiyenik tələblərə müvafiq təşkil olunmalıdır.