Daxili məişət və istehsalat kanalizasiya şəbəkələrində təftişlər və ya təmizləyicilər qoyulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Daxili məişət və istehsalat kanalizasiya şəbəkələrində təftişlər və ya təmizləyicilər qoyulmalıdır:
– bütün dik borularda – aşağı və yuxarı mərtəbələrdə; üfüqi müstəvidə çıxıntıları olan dik borularda, həmçinin çıxıntılardan yuxarıda yerləşən mərtəbələrdə;
– 5 mərtəbəli və daha yüksək yaşayış binalarında – ən azı 3 mərtəbədən bir;
– altlarında təmizləyiciləri olmayan 3 və daha çox cihaz birləşdirilən aparıcı boru sahələrinin (axın istiqamətində) əvvəlində;
– şəbəkənin döngələrində digər sahələrdən təmizlənməsi mümkün olmayan boru kəmərlərində axın istiqamətinin dəyişdiyi yerlərdə;
– keçilən tunellərdə.