Daxili su təchizatı və isti su sistemləri TNvəQ 3.05.01-in tələblərinə uyğun olaraq hidrostatik və ya manometrik üsulla sınaqdan keçirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Soyuq və isti su təchizatı sistemlərinin boru kəmərləri və armaturu texniki reqlamentlərin tələblərinə uyğunluğu qiymətləndirilməli, onların mexaniki möhkəmliyi sistemdəki işçi təzyiqə uyğun gəlməlidir.
Soyuq və isti su təchizatının nasos avadanlığı, isti su hazırlayan avadanlıq qəza və təmir halları üçün bu normaların tələblərinə əsasən ehtiyat aqreqatla təmin olunmalıdır.