Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin rəisi qeydiyyat şöbələrinin, dövlət notariat ofislərinin yardımçı vəzifə tutan və dövlət qulluqçusu olmayan işçilərinin adının ədliyyə orqanları işçilərinin siyahısından çıxarılmasını təmin edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Rəis həmçinin müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Baş idarənin, qeydiyyat şöbələrinin, dövlət notariat ofislərinin, Dövlət notariat arxivinin ştat cədvəlinə və ayrılmış büdcə təxsisatı çərçivəsində onların xərclər smetasına dair təkliflər verir və qeydiyyat şöbələri, dövlət notariat ofisləri, Dövlət notariat arxivində vakant olan inzibati vəzifələrin icrasının müvəqqəti olaraq başqa şəxslərə həvalə edilməsi haqqında Nazirliyin rəhbərliyinə təkliflər verir.