Binalarda və qurğularda növləri, tipləri və miqdarı layihənin memarlıq-inşaat, yaxud texnoloji hissəsində göstərilmiş sanitar-texniki cihazları və tullantı suqəbulediciləri qoyulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Sanitar-texniki cihazlar və tullantı suqəbulediciləri kanalizasiya qazlarını otaqlara buraxmayan hidravlik sifonlarla təchiz edilməlidirlər.
Bir otaqda qrup halında qoyulmuş (6 ədəddən çox olmayaraq) əlüzyuyanlar və ya bir neçə şöbəli qabyuyanlar üçün diametri 50 mm olan təftişlə təchiz edilmiş bir ümumi sifonun qoyulmasına yol verilir.
Duş qrupu altlıqlarından təftişlə təchiz edilmiş bir ümumi sifonun qoyulmasına yol verilir.