Damüstü günəş enerji sistemlərinin quraşdırılması və texniki xidməti üzrə işlər, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanuna uyğun olaraq müvafiq peşəkar mütəxəssislər tərəfindən yerinə yetirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Damüstü Günəş enerji sistemlərinin quraşdırılması üzrə tələblər”də əksini tapıb.
Günəş panellərinin konstruksiyasına və komponentlərinə müdaxilə – dəyişikliklər edilməsinə yol verilməməlidir.