Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsində informasiya təminatı və xidmətlərin təşkili üzrə struktur qurumun baş məsləhətçisi və böyük məsləhətçisi (kompüter üzrə) baş idarənin fəaliyyət istiqamətlərinə uyğun məlumatların müvafiq informasiya sistemlərinə daxil edilməsinitəşkil edir, müvafiq sənədlərin elektron təsvirlərinin tərtib edilməsi, informasiya sistemlərində yerləşdirilməsi, habelə düzəlişlərin aparılması üçün texniki imkanlar yaradır.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Bu məsləhətçilər həmçinin peşə hazırlığının yüksəldilməsi məqsədilə qüvvədə olan qanunvericiliyi daim öyrənir, işgüzar və peşə keyfiyyətlərinin yüksəldilməsinə çalışır, əmək və icra intizamına əməl edir, vəzifələrinin vaxtında və düzgün icra edilməsinə görə məsuliyyət daşıyır və informasiya texnologiyaları və innovasiyalar üzrə maarifləndirlmə bu sahədə bilik və bacarıqların artırılmasını təşkil edir.