Binaların dam örtükləri Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 61-ci maddəsinin tələblərinə uyğun olmalı və 63-cü maddəsinin şərtləri nəzərə alınmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Damüstü Günəş enerji sistemlərinin quraşdırılması üzrə tələblər”də əksini tapıb.
İnsanların təhlükəsizliyinin təmin olunması, binaların, qurğuların, avadanlıqların və materialların ildırım təsiri nəticələri olaraq, partlayış, yanğın və dağılmalardan mühafizə etmək üçün RS 34.21.122 tələbləri nəzərə alınmaqla kompleks tədbirlər yerinə yetirilməlidir.