Mərkəzləşdirilmiş istilik təchizatı olmadıqda qaz və ya maye yanacaqla işləyən istilik enerji mənbəyi kimi zavodda hazırlanmış avtomatik istilik generatorları tətbiq olunmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu,  “Fərdi yaşayış evləri. Layihələndirmə normaları”nda əksini tapıb.

Göstərilən istilik generatorları AzDTN 2.13-1-in, AzDTN 2.12-1-in və AzDTN 2.12-2-nin tələblərinə uyğun olaraq evin havalandırılması olan sahələrində quraşdırılmalıdır. 35 kVt-a qədər gücü olan istilik generatorlarının mətbəxdə quraşdırılmasına yol verilir.