2024-cü il fevralın 1-dən ölkəyə idxal olunan, yaşı 4 ildən çox olan avtomobillərə görə 400 manat, yaşı 7 ildən çox olan avtomobillərə görə isə 700 manat utilizasiya haqqı alınması nəzərdə tutulub.
Heftelik.az-ın məlumatlna görə, bunu Bakupost-a nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib.
O qeyd edib ki, hazırda ölkədə dövriyyədə olan avtomobillər üçün texniki baxış zamanı nə qədər utilizasiya haqqı alınacağı açıqlanmır:
“Yeni avtomobillərə isə utilizasiya haqqı tələb olunmur. Ödəniləcək utilizasiya haqları yeni yaradılacaq Utilizasiya Fonduna toplanacaq. Gələcəkdə köhnə avtomobillərin utilizasiyası zamanı həmin Fonda toplanan vəsaitdən xərclənməsi nəzərdə tutulur”.