Evin əsas yükdaşıyan konstruksiyaları və elementləri, onları təşkil edən materiallara aid olan inşaat konstruksiyalarına aid normalar (AzDTN 2.16-1; AzDTN 2.17-1; AzDTN 2.18-1; AzDTN 2.19-1) və DÜİST 27751-in tələbləri nəzərə alınmaqla öz xassələrini yol verilən hədlərdə saxlamalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi yaşayış evləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Konstruksiya və detalların Tikinti Norma və Qaydaları və Q 2.03.11-nin tələbləri nəzərə alınmaqla rütubətliyin, aşağı temperaturun, aqressiv mühitin, bioloji və digər əlverişsiz amillərin mümkün təsirlərinə qarşı korroziyadan mühafizəsi təşkil olunmalıdır.