Bakıda qadının özəl xəstəxanada ölməsi faktı araşdırılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən Heftelik.az-a verilən məlumatagörə, 21 dekabr 2023-cü il tarixdə 1971-ci il təvəllüdlü Lətafət Məmmədovanın “Mediacare” klinikasında ölməsi ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edilib ki, hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcək.