Nasos qurğularının əl ilə və avtomatik idarə olunması nəzərdə tutulmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu,  “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.

Hər bir kanalizasiya nasosu üçün ona tərəf 0,005 mailliklə sorma borusu nəzərdə tutulmalıdır.

Hər bir nasosun sorma və basqılı borularında bağlayıcı qurğu qoyulmalıdır; basqılı boru kəmərlərində bundan başqa əks klapan da qoyulmalıdır. Qeyd. Tərkibində asılı maddələr (qum, şlam) olan tullantı suları nəql edildikdə qəbuledici və əks klapanlar nəzərdə tutulmur.