Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsində baş məsləhətçi (dəftərxana müdiri) Baş idarə, qeydiyyat şöbələri və dövlət notariat ofislərində yardımçı vəzifələrə işçilərin qəbul edilməsi, habelə bu qurumların fəaliyyətinə cəlb edilmiş könüllülərlə müqavilələrin bağlanılması üzrə sənədləşmə işini təşkil edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Dəftərxana müdiri həmçinin Baş idarə, qeydiyyat şöbələri və dövlət notariat ofisləri, Vətəndaşlıq vəziyyəti aktlarlnln reyestri xidməti və Dövlət notariat arxivində insan resursların komplektləşdirilməsi üzrə uçot aparır və Baş idarədə vətəndaşların müraciətləri və hüquqi maarifləndirmə ilə əlaqədar statistik hesabatlar hazırlayır Baş idarənin rəhbərliyinə təqdim edir.