İstismar zamanı düzləndirmə üsulu ilə binaların müdafiəsində zirzəmilərdə və ya döşəmə altlarında döşənən kanalizasiya boru kəmərləri binanın düzləndirilməsi işlərinin yerinə yetirilməsinə mane olmamalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Sanitar-texniki cihazlar qarşısında yol verilən təzyiqlərin təmin olunması, içməli sudan və enerji ehtiyatlarından səmərəli istifadə edilməsi üçün nəzərdə tutmaq lazımdır:
– şəhər su kəmərindəki təzyiqin dəyişməsindən asılı olmayaraq nasoslardan sonra tələb olunan hesablama təzyiqin saxlanılmasını təmin edən tənzimlənən intiqalı (mühərrikinin dövrlər sayı ilə) olan nasos aqreqatları;
– hündürlüyü 54 m-ə qədər olan yaşayış binalarında mərtəbələr üzrə (mənzillər üzrə) soyuq və isti su təchizatı sistemlərində sanitar-texniki cihazlar qarşısında basqını tənzimləmək üçün mənzil təzyiq tənzimləyicilərini qoymaqla bir zonalı su təchizatı sxemi;
– hündürlüyü 54 m-dən çox olan (54 m daxil olmaqla) yaşayış binalarında zonalı su təchizatı, o cümlədən aşağı mərtəbələrdə mənzil təzyiq tənzimləyicilərini (MTT) qoymaqla;
– içməli su sərfinin azaldılmasını təmin edən müasir suayırıcı və doldurucu armaturların qoyulması (keramik kipləşdiricisi olan suayırıcı armaturun, bir dəstəkli qarışdırıcıların, termostatikli qarışdırıcıların,yarımavtomatik və avtomatik armaturun);
– yaşayış binalarının su təchizatı sistemlərində təzyiqin tənzimlənməsi üçün balanslaşdırıcı kranların qoyulması və onların işə salma-sazlama prosesində tənzimlənməsi yolu ilə kompleks tədbirlərin yerinə yetirilməsi;
– binaların su təchizatı üçün istismar xidmətləri və sanitariya nəzarəti orqanları tərəfindən suyun keyfiyyətinə nəzarətin təmin edilməsi şərtilə tənzimləyici həcmlər.