Azərbaycan təhsili nə vaxt düzələcək?
Vacib sualın cavabı bu şəkildə gizlənib.
Diqqətlə baxın!
Elm və Təhsil Nazirliyinin binasının qonşuluğunda yerləşən 202 saylı məktəb və onların ikisinin arasında yerləşən bu dəbdəbəli mağaza!
“elve LUXURY!”
Əlbəttə buna adi hal kimi baxıb keçmək də olar.
Lakin dərindən götürdükdə…
Məktəb – ziyanın, işığın, maarifin simvolu.
Mağaza – dəbdəbənin, pul, maddiyyatın!
Əgər bir məmləkətdə məktəblə Elm və Təhsil Nazirliyi arasında dəbdəbəli bir mağaza – kommersiya – giribsə, o zaman nə o binada oturanları təhsil maraqlandırır, nə də o məktəbdə təhsil verənləri.
Elə o şagirdləri də hər dəfə məktəbə gələndə təhsil aldıqları yerin binasından çox həmən o dəbdəbə, pul, maddiyyat cəlb edəcək!
Bu yazdıqlarımız kiməsə mübaliğə kimi görünə bilər!
Amma dərində getdikdə Azərbaycan təhsilinin problemi məhz o binada gizlənib və həmən o binaya məktəblə nazirliyin həyətində özünə yer etməyə icazə verənlərdə!
Əgər hər gün o dəbdəbənin yanından keçən nazir öz kreslosunda rahat oturursa, əgər hər gün o lüksün yanından keçən məktəb direktoru öz kabinetində hüzur tapa bilirsə, daha heç nəyə ümid etməyə dəyməz!
“elve”da, təhsil!