Xəzinə uçotu maliyyə əməliyyatlarının sistemli şəkildə dövlət xəzinədarlığında uçota alınmasıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nda əksini tapıb.
Büdcə səviyyəsi dövlət xəzinədarlığına daxil olan vəsaitlərin, habelə qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin vəsaitlərdən istifadə zamanı maliyyə əməliyyatlarının xəzinə uçotuna alınmasının maliyyə mənbələri üzrə qruplaşdırılması və onların kodla ifadəsidir. Xəzinə hesabı vahid xəzinə hesabına milli valyutada pul vəsaitlərinin daxil olmasını, habelə həmin vəsaitlərin vahid xəzinə hesabından məxaric olmasını təmin etmək üçün bu Qayda ilə müəyyən edilmiş formada açılmış hesabdır.