Basqılı və özüaxımlı boru kəmərləri və onların suburaxıcıları bu normalarda verilmiş tələblər nəzərə alınmaqla çəkilməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Boruların calaq birləşmələri kipləşdirici rezin halqalarla yerinə yetirilməlidir. Sənaye binalarının daxili suaxıdıcıları asma nəzərdə tutulmalıdır. İstehsal texnologiyasının tələblərinə əsasən suaxıdıcıların asma düzəldilməsi mümkün olmadıqda onların bu normalarda verilmiş tələblər nəzərə alınmaqla çəkilməsinə yol verilir.