“Damüstü Günəş enerji sistemlərinin quraşdırılması üzrə tələblər” “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 3 may tarixli 2620 nömrəli Sərəncamının 3-cü hissəsinin icrasını təmin etmək məqsədi ilə hazırlanıb və damüstü günəş enerjisi sistemlərinin quraşdırılması üzrə tələbləri müəyyən edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Damüstü Günəş enerji sistemlərinin quraşdırılması üzrə tələblər”də əksini tapıb.
Bu enerji sistemləri müxtəlif təyinatlı binaların (yaşayış, ictimai, istehsalat, kənd təsərrüfatı, anbar binaları) dam konstruksiyalarında quraşdırılmaqla binalarının enerji təchizatında enerji və ekoloji səmərəliliyin artırılması məqsədləri üçün tətbiq olunur.