Şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Yalnız vəfat etmiş şəxsin sözlərindən alınmış məlumatlar məhkəmənin qərarı ilə istisna olaraq sübut kimi qəbul oluna bilər.
Aşağıdakı şəxslərin ifadələrinə sübuti əhəmiyyət verilə bilməz:
– cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müvafiq anda dərk və ya təsvir edilməsi qabiliyyətinə malik olmadığı qəbul edildikdə;
– cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların dərk və ya təsvir edilməsi qabiliyyətinin ekspertiza vasitəsi ilə yoxlanılmasından imtina edildikdə.