Fotovoltaik modullar binaların damında, fasadlarda və günəş mühafizə çıxıntı konstruksiyalarında quraşdırıla bilər və TN və Q 3.03.01 normativ sənədinin tələbləri yerinə yetirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Damüstü Günəş enerji sistemlərinin quraşdırılması üzrə tələblər”də əksini tapıb.
Bu sistemlərin quraşdırılması üçün 3 üsul tətbiq olunur: fotovoltaik modulların əlavə olunması, xarici konstruksiya hissələrinin dəyişdirilməsi və modulların xarici konstruksiyalara inteqrasiyası. Bu üsulların tətbiqi zamanı xarici konstruksiyaların xüsusiyyətləri, memarlığı, eləcə də binanın energetik xarakteristikası nəzərə alınmalıdır. Misal üçün yarımşəffaf ikitərəfli şüşələnmiş modulun binanın şüşələnmiş fasadında istifadəsi eyni zamanda tələb olunan istilik izolyasiya xarakteristikalarına malik izolyasiya elementi, insolyasiyanı tənzimləmə, parıltıdan mühafizə funksiyasını yerinə yetirməlidir.