Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldı dövlətə 650 milyard təngə (1,45 milyard dollar) vəsait qaytarıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Kayrat Satıbaldı aldatma, etibardan sui-istifadə etməklə əmlaka ziyan vurma, başqasının əmlakını oğurlama, mənimsəmə maddələri üzrə ittiham olunub.
2022-ci ilin mart ayında həbs edilən Kayrat Satıbaldı 6 il müddətinə azadlıqdan məhrum edilib.