Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin rəisi Baş idarə, qeydiyyat şöbələri, notariuslar, Dövlət notariat arxivi işçiləri üçün icrası məcburi olan əmr, sərəncam, şifahi və yazılı göstərişlər verir, onların icrasını təşkil edir və icrasına nəzarəti həyata keçirir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Rəis həmçinin qanunvericiliklə nəzərdə tutulmuş hallarda və müəyyən edilmiş qaydada məhkəmədə iddia qaldırır, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət satınalmalarının həyata keçirilməsi üçün tədbirlər görür, dövlət büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə və səmərəli xərclənməsini təmin edir, xüsusi notariusun fəaliyyətinin müəyyən yerdə həyata keçirilməsinə, onun ezamiyyətə və ya məzuniyyətə getməsinə, iş rejiminə və xüsusi notariat ofisinin ştat cədvəlinə, habelə xüsusi notarius tərəfindən işə qəbul olunan namizədlərə dair razılıq verir.