Dövlət Sərhəd Xidmətinin generalı Aqil Babayevin bacısı oğlu Aydınov Ümid Aydın oğlu qız qaçırdığı üçün həbs olunub.
Heftelik.az-ın “Unikal”-a istinadən verdiyi məlumata görə, əslən Şəki rayonundan olan Ümid Aydınov dostu ilə birgə Qax rayonunda evlənmək məqsədi ilə S. Abdullayevanı qaçırıb.
Ancaq qız evi şikayət etdiyindən Aydınov Ümid Aydın oğlu və Həmidov Elvin Nemət oğlu barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (adam oğurluğu – bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və 149.1-ci (Zorlama – yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddələri ilə ittiham olunub.