Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsində baş məsləhətçi (dəftərxana müdiri) Baş idarəyə daxil olan vətəndaşların müraciətlərini yarım ildə bir dəfədən az olmayaraq ümumiləşdirir və Baş idarəyə daxil olan sənədlərin arxivləşdirilməsini təşkil edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Dəftərxana müdiri həmçinin Baş idarənin rəisinin əmr, sərəncam və yazılı göstərişlərinin qeydiyyatını aparır, onların müvafiq struktur qurumlara çatdırılmasını təmin edir və vətəndaşların müraciətləri və hüquqi maarifləndirmə ilə əlaqədar statistik hesabatlar hazırlayır, Baş idarənin rəhbərliyinə təqdim edir.