Poçt vasitəsi ilə və ya əllə göndərilən maddi sübutlara və digər əşyalara ekspert, təhqiqatçı, müstəntiq, prokuror və ya hakim baxır və bu əşyaları müşayiət məktubuna, siyahıya, ittiham aktına əlavə edilmiş arayışa, habelə onların əlamətlərini və götürülməsini əks etdirən protokollara və cinayət təqibi üzrə digər materiallara əsasən tutuşdurur.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Əşyalara baxışın gedişi və nəticələri barədə protokol tərtib olunur. Həmin əşyalara baxış hakim tərəfindən keçirildikdə onun nəticələri məhkəmə iclasında elan olunur.