Mənzil təzyiq tənzimləyicilərinin qoyulması bütün mərtəbələr üçün praktiki olaraq optimal hesablama təzyiqi təmin edir, su axınının mərtəbələr üzrə paylanmasını yaxşılaşdırır, maksimal su götürmə saatlarında soyuq və isti suyun yuxarı mərtəbələrə verilməsində çətinliyin yaranma ehtimalını aradan qaldırır.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Su təchizatı sisteminin istismarını yaxşılaşdırmaq üçün bir gövdədə MTT, süzgəc və bağlayıcı armatura malik komplekt məmulatlardan istifadə edilməsi tövsiyə olunur.