Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsində informasiya təminatı və xidmətlərin təşkili üzrə struktur qurumun baş məsləhətçisi və böyük məsləhətçisi (kompüter üzrə) Baş idarənin fəaliyyət istiqamətləri üzrə elektron, o cümlədən mobil xidmətlərin təşkilini təmin edir, bu xidmətlərin statistik uçotunu aparır, onların təkmilləşdirilməsinə, habelə dairəsinin genişləndirilməsinə dair təkliflər irəli sürür.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Bu məsləhətçilər həmçinin informasiya təhükəsizliyinin təmin edilməsi məqsədi ilə müvafiq informasiya sistemlərinin istifadəçiləri olan işçilər tərəfindən rotasiya və ya vəzifələrin icrasına xitam verildiyi zaman sistemə giriş imkanlarının vaxtında məhdudlaşdırılmasını təmin edir və xidməti fəaliyyətlə bağlı rəhbərliyinin tapşırıqlarını yerinə yetirir.