Müxtəlif təyinatlı binaların zirzəmilərində yerləşən sanitar-texniki cihazlarından çıxan tullantı sularını vurmaq üçün avtomatik rejimdə işləyən və AzDTN 2.11-2-nin və sanitar normalarının tələblərinə cavab verən modulyar nasos qurğularının nəzərdə tutulmasına yol verilir.

Heftelik.az-ın məlumatına görə, bu,  “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.

Daxili suaxıdıcılar yağış və ərimiş qar sularını bina və qurğuların damlarından kənarlaşdırılmasını təmin etməlidir.