Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin hüquqları sırasına qeydiyyat şöbələrinin və notariat ofislərinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə metodik tövsiyələr hazırlamaq və ədliyyə sahəsində xidmətlərin elektronlaşdırılması, bununla əlaqədar müvafiq normativ tənzimləmə və informasiya resurslarının təkmilləşdirilməsinə dair təkliflər vermək daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinə riayət edilməsi üzrə notariuslara, qeyri-hökumət təşkilatları, habelə xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə metodiki tövsiyələr vermək də bu hüquqlar sırasındadır.