Yeraltı sudaşıyıcı laylardan və ya su hövzələrindən fərdi su təchizatı mənbələrinin nəzərdə tutulmasına yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi yaşayış evləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Fərdi yaşayış evlərində avadanlıqların aşağıdakı mühəndis – kommunikasiya sistemlərinə qoşulması kommunal xidmətləri həyata keçirən paylayıcı təşkilatlar tərəfindən verilmiş texniki şərtlər əsasında yerinə yetirilir:
– “Elektrik qurğularının quraşdırılması Qaydası”na müvafiq elektrik təchizatı sisteminə;
– mərkəzləşdirilmiş və (və ya) mərkəzləşdirilməmiş su təchizatı sisteminə;
– isitmə sisteminə (olduqda);
– qaz təchizatı sisteminə (olduqda).
Mexaniki havalandırma, havanın kondisiyalaşdırılması, rabitə şəbəkəsi və texnoloji həllər layihə tapşırığı üzrə nəzərdə tutulmalıdır.