Kanalizasiya şəbəkəsinin düzxətli sahələrində təftişlər və ya təmizləyicilər arasındakı yol verilən ən böyük məsafə cədvəl 7-yə əsasən qəbul edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Tavanın altında yerləşən asma kanalizasiya şəbəkələrində otağın təyinatından asılı olaraq təftiş əvəzinə yuxarı mərtəbənin döşəməsində açılmış lyukda və ya açıq şəkildə yerləşdirilmiş təmizləyici nəzərdə tutulmalıdır.
Təftişlər və təmizləyicilər onlara rahat xidmət edilə bilən yerlərdə qoyulmalıdır.