İstehsalat yuma vannalarının hər bir bölməsi üçün diametri 50 mm olan ayrıca sifon nəzərdə tutulmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu,  “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.

Ümumi divarı olan iki müxtəlif otaqlardakı iki əlüzyuyanın bir sifona birləşdirilməsinə yol verilmir.

İstehsal prosesində çirklənməyən və ya mexaniki qarışıqlarla (yanmış dəmir, şlam) çirklənmiş istehsalat tullantı suları müstəqil kanalizasiya şəbəkəsinə axıdıldıqda bu suqəbulediciləri üçün hidravlik sifonların nəzərdə tutulmamasına yol verilir.