“Xəzinədarlığın İnformasiya İdarəetmə Sistemi”nin (XİİS) idarə edilməsi, onun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı xərclərin maliyyə təminatının formalaşdırılması məqsədilə hər ilin dövlət büdcəsində müvafiq məbləğdə vəsaitin proqnozlaşdırılması ilə bağlı təkliflər Operator tərəfindən “Büdcə sistemi haqqında” qanuna uyğun olaraq aidiyyəti üzrə təqdim edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nda əksini tapıb.

XİİS vasitəsilə maliyyə əməliyyatlarının aparılması ilə bağlı məsələlərin tənzimlənməsi Operator və təşkilat arasında imzalanmış müqaviləyə əsasən həyata keçirilir. Müqavilənin forması Operator tərəfindən müəyyən edilməklə təsdiq edilir. İmzalanmış müqavilə təşkilatın adı, VÖEN-i və imzalayan rəhbər şəxsi dəyişdikdə yenilənir. Təşkilat üzrə maliyyə əməliyyatlarının aparılması üçün təşkilatın rəhbər şəxslərinin və vəzifəli şəxslərinin (baş mühasib və ya onu əvəz edən şəxs) imza nümunələri həmin müqavilədə əks etdirilməlidir.