Baş Plan çərçivəsində sahil xəttinin qorunması tədbirləri nəzərə alınmaqla ictimai çimərliklərə çıxış imkanlarının gücləndirilməsi təklif edilir. Bununla əlaqədar olaraq Baş Planda yeni ictimai çimərliklərin inkişafı üçün təxminən 314,6 ha ərazi müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Baş planda qeyd olunub ki, yeni istifadəyə veriləcək bu çimərlik sahələri və istirahət yerləri yerli çimərlik turizminin inkişafı ilə yanaşı, yerli əhali üçün piyada gediş məsafəsində yüksək keyfiyyətli istirahət zonalarının yaradılmasına və həyat səviyyəsinin yüksəldilməsinə imkan verəcək.
Çimərliklərin inkişafı ilə daxili turizmin gücləndirilməsi üçün həmçinin dəniz suyunun keyfiyyətinin artırılması və turistlərin tələblərinin qarşılanması üçün ətraf mühit şəraitinin sağlamlaşdırılmasını tələb edir.