Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin hüquqları sırasına qeydiyyat şöbələrinə və notariat ofislərinə normativ hüquqi aktlarla işin təşkilində əməli və metodik köməklik göstərmək, tövsiyələr və yazılı göstərişlər vermək daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Siyasi partiyanın fəaliyyətinin normativ hüquqi aktların və nizamnaməsinin tələblərinə uyğunluğunun öyrənilməsi məqsədi ilə siyasi partiyanın fəaliyyəti ilə bağlı üzvlərindən, həmçinin dövlət orqanlarından (qurumlarından), yerli özünüidarəetmə orqanlarından, hüquqi və fiziki şəxslərdən daxil olmuş müraciətlərə baxmaq, mediada dərc olunmuş (yayımlanmış) məlumatları nəzərdən keçirmək, siyasi partiyanın qanuni təmsilçisinin izahatını almaq, dövlət qeydiyyatına alınarkən siyasi partiyada üzv sayının 4500-dən aşağı olması halında həmin siyasi partiyanın dövlət qeydiyyatının ləğvi barədə məhkəmədə iddia qaldırmaq, normativ hüquqi aktların pozulmasının aradan qaldırılmalı olan digər halı müəyyən edildikdə siyasi partiyaya yazılı xəbərdarlıq etmək də bu hüquqlar sırasındadır.