Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsində (böyük inspektorlar), Baş idarənin struktur qurumlarının tərkibində olan baş mütəxəssis (böyük inspektor) və böyük mütəxəssis (inspektor) daxil olan təklif, ərizə, şikayət və digər sənədləri qəbul edir və onların qeydiyyatını aparır, rəhbərliyin dərkənarına uyğun olaraq elektron sənəd dövriyyəsi informasiya sistemi vasitəsi ilə onları aidiyyəti üzrə təqdim edir və icra edilmiş sənədlər haqqında məlumatın icraçı tərəfindən elektron sənəd dövriyyəsi informasiya sisteminə daxil edilməsini nəzarətdə saxlayır, icra olunmuş sənədlərin aidiyyəti üzrə göndərilməsini təşkil edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Bu inspektorlar həmçinin rəhbərliyin yazılı göstəriş və sərəncamlarını qeydiyyatını aparır, onların müvafiq struktur qurumlara çatdırılmasını təmin edir və peşə hazırlığının yüksəldilməsi məqsədilə qüvvədə olan qanunvericiliyi daim öyrənir, işgüzar və peşə keyfiyyətlərinin yüksəldilməsinə çalışır, əmək və icra intizamına əməl edir, vəzifələrinin vaxtında və düzgün icra edilməsinə görə məsuliyyət daşıyır.