Cinayət təqibi üzrə icraat başa çatanadək cinayət prosesini həyata keçirən orqanın hansı maddi sübutları mülkiyyətçiyə və ya qanuni sahibinə qaytardığı açıqlanıb.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Cinayət təqibi üzrə icraat başa çatanadək cinayət prosesini həyata keçirən orqan aşağıdakı maddi sübutları mülkiyyətçiyə və ya qanuni sahibinə qaytarır:

– tez xarab olan əşyaları;

– məişətdə gündəlik tələbat əşyalarını;

– gündəlik qulluğa ehtiyacı olan ev heyvanlarını, quşları və digər heyvanları;

– verilmiş mülki iddianın və ya əmlak tələbinin təmin edilməsi üçün üzərinə həbs qoyulmamış avtomobil və digər nəqliyyat vasitələrini.

Nəzərdə tutulmuş əşyaların mülkiyyətçisi və ya qanuni sahibi məlum olmadıqda və ya hər hansı səbəbdən onların qaytarılması mümkün deyilsə, bu əşyalar istifadə, saxlanma və ya qulluq edilməsi üçün müvafiq təşkilatlara verilməlidir.